Haqqımızda

Biz kimik

“Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizlik Proqramının Təsdiq Edilməsi” haqqında Azarbaycan Respublikası Prezidenti ulu öndər Heydər Əliyev cənablarının 2001 - ci il 2 mart tarixli 640 saylı sərəncamında, ölkədə yerli xammaldan şəkər istehsalı kompleksinin yaradılmasında öz əksini tapmışdır.Azərbaycan Respublikasının iqtisadi inkişafında əsaslı yer tutan “Azərsun Holdinq” şirkətlər qrupunun prezidenti Abdolbari Goozal bəyin rəhbərliyi ilə 2005 - ci ildə İmişli Şəkər Zavodu fəaliyyətə başlamışdır. Azərbaycan şəkər idxal edən ölkədən ixracatçı ölkəyə çevrilmişdir. Mütəxəssislər hazırkı bazar iqtisadiyyatının iqtisadi tənəzzül dövründə öz bacarıq və biliklərini məqsədyönlü istiqamətə yönəltməli, əməklərinin nəticələrini düzgün hesablamağı bacarmalı, elmi naliyyətləri və qabaqcıl təcrübələri əzmlə tətbiq etməlidirlər. Bütün bu vəzifələrin yerinə yetirilməsi əmək məhsuldarlığının durmadan yüksəlməsinə, məhsul istehsalının artmasına, Azərbaycan Respublikasının başqa dövlətlərdən asılılığının azalmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına gətirib çıxarmalıdır. Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarının regionların sosial-iqtisadi inkişaf proqramına və 2015 - ci ilə kimi çuğundur əkinçiliyinin 20.000 hektara çatdırılması sərəncamına uyğun olaraq respublikada ən çox 20.000 hektara çatışmayan məhsullardan biri olan qənd və şəkər tozu istehsalını təşkil etmək üçün şəkər çuğunduru əkinçiliyini genişləndirmək, yeni, daimi və mövsümi iş yerlərinin artırmaq tam kəskinliyi ilə qarşıda durur.

Missiyamız və Dəyərlərimiz

Missiyamız Azərbaycanda Şəkər çuğundurunun istehsalının artması üçün şərait yaratmaqdır.