Əməkdaşlıq

Azərbaycan Sənaye Bankı

  • Hektar üçün 700 AZN-nə qədər güzəştli şərtlərlə 
    olanmikrokredit.
  • (kredit məbləğini gübrə və pestisit üçün 
    istifadə üçündür)

Azərbaycan Şəkər İstehsalat Birliyi

  • Payız şumu
  • Kiplənmiş şum qatının yumşaldılması
  • Rotasion fasilə
  • Torpaq səthinin hamarlanması
  • Toxum səpimi
  • Kultivasiya
  • Vegetasiya suvarması
  • Dərmanlama işi
  • Məhsul yığımı

Azərbaycan Respublikasının Kənd Təsərrufatı Nazirliyi

Şəkər çuğundurunun xalq təsərrüfatı əhəmiyyəti olduqca böyükdür və ona görə də bu bitki əksər ölkələrdə əsas texniki bitkilər sırasına daxil edilmişdir. Bizim respublikamızda pambıq və tütün kimi ən mühüm texniki bitkilərdən sonra, son 2-3 ildə bu bitkinin inkişaf etdirilməsinə xüsusi fikir verilir. Son illər respublikamızda şəkər çuğunduru əkinlərinin genişləndirilməsi və məhsul istehsalının artırılması dövlətin diqqət mərkəzindədir. 

(Subsidiya, Güzəştli Siğorta, Suvarmaya dəstək, Subsidiya üçün erkən monitorinq, Mikrokreditlərin təmin edilməsi)

Subdisiya

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti 2017-ci aprelin 4-də ildə Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında fərman vermişdir. Sözü gedən fərmanda göstərilir ki, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə 4,0 (dörd) manat məbləğində subsidiya ödənilir. Hazırda fermerlərdən təhvil alınan pambıq, tütün və şəkər çuğunduru məhsulları barədə məlumatlar tədarükçülər tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) yerləşdirilir və məlumatlar yoxlandıqdan sonra fermerlərə ödəniş edilir.

 Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, şəkər çuğunduru bitkisi üzrə 2022-ci ildə məbləği artırılmaqla, yalnız məhsul subsidiyası təmin ediləcəkdir. 2022-ci ildə, fermerlər tədarük məntəqlərinə təhvil verdikləri şəkər çuğundurunun hər tonuna görə 12 manat (əvvəl 4 manat) məhsul subsidiyası alacaqlar.

2022-ci ildə məhsul əmsalları və məhsul subsidiyasının şəkər cuğunduru üzrə aşağıdakı kimi müəyyən edilsin:

 

Bitki növüMəhsul əmsalıSubsidiyanın məbləği (manat/ton)
Şəkər çuğunduru0.0612

 

Güzəştli Siğorta

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə şəkər çuğunduru sahələrinin sığortalanması şərtləri açıqlanıb. Şəkər çuğunduru sahələrinin sığortalanması zamanı bitkinin  məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.

Qaydalara əsasən, hesablama aparılması üçün şəkər çuğundurunun 1 hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, çuğundurun bir hektar üçün məhsuldarlıq norması 8-930 sentner arasında, qiymət isə 30-60 manat/sentner arasında  müəyyən edilib.

 

Qaydalara görə, aqrar sığorta çərçivəsində şəkər çuğundurunun sığortalanması üçün 2 sığorta zərfi təklif edilir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə fərqlənirlər.

Bunlardan birincisi - əksər riskləri əhatə edən “baza zərfi”, digəri isə əlavə riskləri əhatə edən zərfdir. Birinci, “baza zərfi”ndə azadolma məbləği 10%-dir. Bu zərf şəkər çuğundurunu dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir. 

 

1-ci sığorta zərfinə aşağıdakı risklər aiddir:

  • dolu;
  • yanğın;
  • zəlzələ;
  • torpaq sürüşməsi;
  • qasırğa;
  • fırtına;
  • üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

 

2-ci sığorta zərfi

 

İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir. Bu zərf şəkər çuğundurunu bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.

 

2-ci sığorta zərfinə aid risklər:

 

  • bitki xəstəlikləri və zərərvericilər;
  • xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

 

Bu sığorta zərflərinin seçilməsi fermer və ya çuğundur sahəsinin sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da əlavə olaraq 2-ci zərfi də seçə bilərlər. Yəni, baza zərfi seçilmədən 2-ci zərf seçilə bilməz.

 

İqtisadi Rayonlar1-ci (baza) siğorta zərfi2-ci siğorta zərfi
Azadolma10%30%
Gəncə-Qazax6.48%2%
Aran2.1%2%
Quba-Xaçmaz1.76%2%
Şəki-Zaqatala4.3%2%
Dağlıq Şirvan3%2%
Lənkəran1.76%2%
Abşeron1.76%2%
Yuxarı Qarabağ2.62%2%

 

 

Fermerlərə siğorta haqqı güzəştləri

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir. Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.

 

Şəkər çuğunduru sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Belə ki, sığortalanmış məhsulun yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək.

Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.

Mikrokreditlərin təmin edilməsinə dəstək

Azərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 2004-cü il 23 oktyabr tarixli, 467 nömrəli Sərəncamına əsasən aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsini və təyinatı üzrə istifadəsini təmin edən icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yaradılmışdır. 
Aqrar Kredit və İnkişaf Agentiliyinin (AKİA) göstərdiyi dəstək arasında fərgli mikrokreditlər vurğulamaq olar. AKİA-nin verdiyi əsas mikrokredit məbləği 15000-dək ola bilər. Bu mikrokredit 12%-dək, 12 ay güzəşt olmaqla, 3 il ərzində ödənilməlidir. Mikrokredit almaq üçün, fermer kartı gərəklidir. Mikrokkreditlər fermer kartı təqdim olunduqda təmin edilir. 

 

AKİA-nın fermerlərə göstərdiyi dəstək texniki avadanlığada aiddir. Beləki, texniki avadanlığın alınmasına və kredit götürülməsinə fermerlər  40%-dək endirim əldə edə bilərlər. 
Bundan başqa, Azərbaycanda əkin zamanı torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, sel sularına qarşı mübarizə tədbirlərini həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək və sahənin elmi-texniki inkişafını təmin etmək üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. AMST-nin fermerlərə göstərdiyi dəstəkərdən biridə suvarma prosesində yardımdır. Suvarma qrafikinin tərtibi təşkilatın vəzifələrindən biridir.